7 Gecə 8 Gün Ümrə Turu
7 Gecə 8 Gün Ümrə Turu
Gediş
Transfer
Gəliş
10 Sentyabr 2025
Ciddə - Bakı
Qonaqlama
3 Gecə Mədinə Jayden Hotel
4 Gecə Məkkə Courtyard by Marriott Makkah Hotel
Qiymət: 1.200 USD
Ümrə ziyarətinə getmək istəyən şəxslərə əvvəlcədən ümrə vizası almaları tövsiyyə olunur. Ümrə vizası üçün tələb olunan sənədlər aşağıda qeyd olunmuşdur. Ümrə vizası üçün tələb olunan sənədlər Hilal Travel şirkətinə təqdim edildikdən sonra vizalar şirkətimiz tərəfindən alınır.
Bakı şəhəri Heydər Əliyev adına beynəlxalq hava limanının 1-ci terminalında qeyd olunan saatda qeydiyyat bürosunun qarşısında görüşülür, qeydiyyatdan keçib baqajlar təhvil verildikdən sonra təyyarəyə minilir və Ciddə şəhərinə hərəkət edilir. Ciddə hava limanında bələdçi qrupu qarşılayaraq avtobusla və ya sürət qatarı ilə Mədinə şəhərinə hərəkət edilir. Mədinədə qalacağımız hotelə gəlib yerləşdikdən sonra bələdçinin qeyd etdiyi saatda hotelin girişində qrup halında toplanılır və Həzrət Peyğəmbəri salamlamağa gedilir.
Sübh namazından sonra Cənnətü-l-Baqi məzarlığı ziyarət edilir. İşa namazına qədər ibadət üçün sərbəst zaman verilir. İşa namazından sonra təkrar hotelin girişində saat 21:00-da toplaşaraq Mədinənin xurma bağlarına gedilir, çay içilir və söhbət proqramı təşkil olunur.
Səhər yeməyindən sonra saat 08:00-da hotelin girişində görüşərək Mədinə şəhərinin tarixi məkanlarını ziyarət etmək üçün avtobusla hərəkət edilir. Uhud şəhidliyi, Qibləteyn məscidi (İki qibləli məscid), Xəndək məscidi, Quba məscidi və Cümə məscidi ziyarət edildikdən sonra təkrar hotelə qayıdılır və sərbəst zaman verilir. Axşam saat 22:00 da hotelin foyesində ümrə ziyarəti və ehram haqqında məlumatlandırma iclası təşkil olunur.
Məkkə şəhərinə səfərə çıxmaq üçün ehram hazırlığı görülür. Səhər yeməyindən sonra saat 10:00-da çantalar hotelin girişinə endirilir. Hoteldə ehramlar geyinilir və saat 11:00-da Zülhüleyfə (Miqat) məscidinə avtobusla hərəkət edilir. Məscidə gəlib ehram namazını qıldıqdan sonra toplu halda Ümrə ziyarətinə niyyət edilir və təlbiyə gətirərək Kəbəyi Müəzzəməyə hərəkət edilir. Saat 17:00-18:00 radələrində Məkkədə qalacağımız hotelə gəlib yerləşilir. Axşam yeməyindən sonra bələdçinin müşaiyəti ilə Ümrə ziyarəti üçün Kəbəyə hərəkət edilir. Ümrə təvafı edilib və təvaf namazı qılındıqdan sonra Səfa ilə Mərvə arasında səy (yürüş) edilir və təraş olub ehramdan çıxılır. (Ümrə ziyarətiniz məqbul olsun).
Zəvvarlara sərbəst gün verilir. Zəvvarlara həmin gün Kəbədə sərbəst şəkildə vaxtlarını ibadətlə keçirmələri tövsiyyə olunur. (Nafilə təvaf, Qurani-Kərim tilavəti, nafilə namaz,dua, zikr və.s)
Sübh namazını Kəbədə qıldıqdan sonra, səhər yeməyini hoteldə yeyib saat 7:30-da hotelin foyesində görüşərək Məkkə şəhərinin tarixi məkanlarını ziyarət üçün avtobusla hərəkət edilir. Ziyarət ediləcək yerlər: Sevr dağı, Arafat, Müzdəlifə, Mina, Şeytan daşlama yeri, Nur dağı, Cənnətül-Müəlla məzarlığı, Cin məscidi, Şəcərə məscidi və Peyğəmbərimizin doğulduğu evin yeri olacaqdır. İkinci dəfə Ümrə ziyarətini etmək istəyən zəvvarlarımız ehramlarını geyinərək, Məkkə ətrafındakı ziyarət yerlərinə gedecəklər. Miqat bölgəsi olan Arafatda ehram namazlarını qılaraq Ümrəyə niyyət edəcəklər.
Zəvvarlara sərbəst gün verilir. Zəvvarlara həmin gün Kəbədə sərbəst şəkildə vaxtlarını ibadətlə keçirmələri tövsiyyə olunur. (Nafilə təvaf, Qurani-Kərim tilavəti, nafilə namaz, dua, zikr və.s)
Sübh namazını Kəbədə qılıb, səhər yeməyini hoteldə yedikdən sonra qeyd olunan saatda çantalar hotelin foyesinə endirilir. Təyin olunan vaxtda hoteldən Ciddə hava limanına avtobusla hərəkət edilir. Ciddə hava limanında qeydiyyat və baqajlar təhvil verildikdən sonra təyin olunan saatda Ciddədən Bakıya uçuş həyata keçirilir
DİGƏR XİDMƏTLƏRİMİZ