7 Gecə 8 Gün Ümrə Turu (VIP)

Qrup H-076

Hilton Madinah

Mədinə hoteli

Harama 150 m məsafədə yerləşir | VIP Paket

https://short-link.me/-11M

Al Ghufran Safwah Hotel Makkah

Məkkə hoteli

Harama 0 m məsafədə yerləşir | VIPaket 

https://short-link.me/14QFQ 

7 Gecə 8 Gün Ümrə Turu (VIP)

  • Gediş

    03 Sentyabr 2025
    Bakı - Ciddə
  • Transfer

    06 Sentyabr 2025
    Mədinə - Məkkə
  • Gəliş

    10 Sentyabr 2025

    Ciddə - Bakı

  • Qonaqlama

    3 gecə Mədinə, Hilton hotel

    4 gecə Məkkə, Al Ghufran Safwah hotel Makkah

    Qiymət : 1.700 USD

  • Bakı - Ciddə Flyanas XY628
  • Ciddə - Mədinə - Transport Sürət qatarı ilə
  • Mədinə - Məkkə - Transport Aftobus
  • Ciddə - Bakı Flaynas XY 627

QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR

Ümrə vizası,
Təyyarə ilə gediş və dönüş ekonom təyyarə bileti,
Məkkə və Mədinə şəhərlərində təqdim edilən hotellərdə, qeyd olunan müddətdə  qonaqlama,
Standart paketlərdə səhər və axşam yeməyi,
Səudiyyə Ərəbistanında və Azərbaycanda rəsmi rüsumların ödənilməsi ilə bağlı zəruri ödənişlərin yerinə yetirilməsi,
Səyahət sığortası. (Sağlamlıq sığortası),
Nəqliyyat xərcləri, transferlər, qarşılama və yola salma xidmətləri,
Məkkə və Mədinə şəhərlərində ziyarət yerlərinin gəzintisi,
Hoteldən Kəbəyə gediş-gəliş üçün 24 saat servis xidməti,
Hər bir zəvvara 5 litr zəmzəm suyu,
1 ədəd səyahət çantası,
Ümrə bələdçi kitabçası,
Hilal Travel şirkətinin bələdçi və rəhbərlik xidməti

 

QİYMƏTƏ DAXİL OLMAYAN XİDMƏTLƏR

Səhər və axşam yeməklərində alınan əlavə içkilər,
Proqram xaricində tələb edilən əlavə xidmətlər,
Hotellərdə əlavə xərclər (mini bardan istifadə, otaq servisləri, telefon və.s),
Yuxarıda təqdim olunan xidmətlər xaricindəki digər xidmətlər.

 

ÖDƏNİŞ QAYDALARI

Qeydiyyatdan keçərkən hər bir zəvvar ödənişin 50 %-ni nəğd şəkildə ödəməlidir. Ödənişin geri qalan hissəsi isə gediş tarixinə 10 gün qalmış tamamlanmalıdır.
Viza alındıqdan sonra zəvvar səfərdən imtina edərsə 150 USD, təyyarə bileti və hotellər sifariş edildikdən sonra edilən imtinalar zamanı isə hava yollarının və hotellərin tətbiq etdiyi cəzalar tətbiq ediləcəkdir.


VACİB MƏLUMATLAR

Hilal Travel səyahət proqramlarında zərurət yarandığı hallarda dəyişiklik etmək hüququna malikdir.
Hilal Travel şirkəti zəruri hallarda uçuş tarixini dəyişdirmək və təklif edilən hotellərdən aşağı səviyyədə olmamaq şərti ilə başqa hotelləri təklif etmək hüququna malikdir.
Hava yolu şirkəti tərəfindən göstərilən xidmətlər zamanı (uçuş saatının dəyişdirilməsi, yük baqajlarının zədələnməsi, itməsi və ya gec gəlməsi)  baş verə biləcək nöqsanlara görə Hilal Travel şirkəti məsuliyyət daşımır.
 

ÜMRƏ VİZASI


Ümrə ziyarətinə  getmək  istəyən şəxslərə  əvvəlcədən ümrə  vizası  almaları tövsiyyə olunur. Ümrə vizası üçün tələb olunan sənədlər aşağıda qeyd olunmuşdur. Ümrə vizası üçün tələb olunan sənədlər Hilal Travel şirkətinə təqdim edildikdən sonra vizalar şirkətimiz tərəfindən alınır.

 

Ən azı altı ay etibarlılıq müddəti olan ümumvətəndaşlıq pasportu,
2 ədəd 3×4 ölçüdə rəngli foto şəkil, (xanımların hicablı şəkil təqdim etməsi tövsiyyə olunur)
18 yaşına çatmayan şəxslər tək başına səfər edəcəksə, hər iki valideynin razılığı ilə verilmiş notarial təsdiqli razılıq ərizəsi,
18 yaşına çatmayan şəxslər valideynlərindən biri ilə səfər edəcəksə, digər valideynin notarial təsdiqli razılıq ərizəsi,
Əcnəbi vətəndaşlar Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsininin surəti,
Gediş tarixindən 15 gün əvvəl bütün sənədlər Hilal Travel şirkətinə təqdim olunmalıdır.

7 GECƏ 8 GÜNLÜK ÜMRƏ ZİYARƏTİNİN PROQRAMI


1-ci gün | Bakı – Ciddə – Mədinə


Bakı şəhəri Heydər Əliyev adına beynəlxalq hava limanının 1-ci terminalında qeyd olunan saatda qeydiyyat bürosunun qarşısında görüşülür, qeydiyyatdan keçib baqajlar təhvil verildikdən sonra təyyarəyə minilir və Ciddə şəhərinə hərəkət edilir. Ciddə hava limanında bələdçi qrupu qarşılayaraq avtobusla və ya sürət qatarı ilə Mədinə  şəhərinə hərəkət edilir.  Mədinədə  qalacağımız hotelə gəlib yerləşdikdən sonra bələdçinin qeyd etdiyi saatda hotelin girişində qrup halında toplanılır və  Həzrət Peyğəmbəri salamlamağa gedilir.


2-ci gün | Mədinə


Sübh namazından sonra Cənnətü-l-Baqi məzarlığı ziyarət edilir. İşa namazına qədər ibadət üçün sərbəst zaman verilir. İşa namazından sonra təkrar hotelin girişində saat 21:00-da toplaşaraq Mədinənin xurma bağlarına gedilir, çay içilir və söhbət proqramı təşkil olunur.


3-cü gün | Mədinə


Səhər yeməyindən sonra saat 08:00-da hotelin girişində görüşərək Mədinə şəhərinin tarixi məkanlarını ziyarət etmək üçün avtobusla hərəkət edilir. Uhud şəhidliyi, Qibləteyn məscidi (İki qibləli məscid), Xəndək məscidi, Quba məscidi və Cümə məscidi ziyarət edildikdən sonra təkrar hotelə qayıdılır və sərbəst zaman verilir. Axşam saat 22:00 da hotelin foyesində ümrə ziyarəti və ehram haqqında məlumatlandırma iclası təşkil olunur.


4-cü gün | Mədinə – Məkkə


Məkkə şəhərinə səfərə çıxmaq üçün ehram hazırlığı görülür. Səhər yeməyindən sonra saat 10:00-da çantalar hotelin girişinə endirilir. Hoteldə ehramlar geyinilir və saat 11:00-da Zülhüleyfə (Miqat) məscidinə avtobusla hərəkət edilir. Məscidə gəlib ehram namazını qıldıqdan sonra toplu halda Ümrə ziyarətinə niyyət edilir və təlbiyə gətirərək Kəbəyi Müəzzəməyə hərəkət edilir. Saat 17:00-18:00 radələrində Məkkədə qalacağımız hotelə gəlib yerləşilir. Axşam yeməyindən sonra bələdçinin müşaiyəti ilə Ümrə ziyarəti üçün Kəbəyə hərəkət edilir. Ümrə təvafı edilib və təvaf namazı qılındıqdan sonra Səfa ilə Mərvə arasında səy (yürüş) edilir və təraş olub ehramdan çıxılır. (Ümrə ziyarətiniz məqbul olsun).


5-ci gün | Məkkə


Zəvvarlara sərbəst gün verilir. Zəvvarlara həmin gün Kəbədə sərbəst şəkildə vaxtlarını ibadətlə keçirmələri tövsiyyə olunur. (Nafilə təvaf, Qurani-Kərim tilavəti, nafilə namaz,dua, zikr və.s)


6-cı gün | Məkkə


Sübh namazını Kəbədə qıldıqdan sonra, səhər yeməyini hoteldə yeyib saat 7:30-da hotelin foyesində görüşərək Məkkə şəhərinin tarixi məkanlarını ziyarət üçün avtobusla hərəkət edilir. Ziyarət ediləcək yerlər: Sevr dağı, Arafat, Müzdəlifə, Mina, Şeytan daşlama yeri, Nur dağı, Cənnətül-Müəlla məzarlığı, Cin məscidi, Şəcərə məscidi və Peyğəmbərimizin doğulduğu evin yeri olacaqdır. İkinci dəfə Ümrə ziyarətini etmək istəyən zəvvarlarımız ehramlarını geyinərək, Məkkə ətrafındakı ziyarət yerlərinə gedecəklər. Miqat bölgəsi olan Arafatda ehram namazlarını qılaraq Ümrəyə niyyət edəcəklər.


7-ci gün | Məkkə


Zəvvarlara sərbəst gün verilir. Zəvvarlara həmin gün Kəbədə sərbəst şəkildə vaxtlarını ibadətlə keçirmələri tövsiyyə olunur. (Nafilə təvaf, Qurani-Kərim tilavəti, nafilə namaz, dua, zikr və.s)


8-ci gün | Məkkə


Sübh namazını Kəbədə qılıb, səhər yeməyini hoteldə yedikdən sonra qeyd olunan saatda çantalar hotelin foyesinə endirilir. Təyin olunan vaxtda hoteldən Ciddə hava limanına avtobusla hərəkət edilir. Ciddə hava limanında qeydiyyat və baqajlar təhvil verildikdən sonra təyin olunan saatda Ciddədən Bakıya uçuş həyata keçirilir


Doğma Vətənə xoş gəldiniz.