3 ƏN ÖNƏMLİ TÖVSİYYƏ

İlk dəfə ümrəyə gedirsinizsə, bu üç tövsiyəni mütləq eşitməlisiniz.

Birinci tövsiyə: Səbirli və təmkinli olun. Məkkə və Mədinədə milyonlarla insan olur. İzdiham, uzun yürüşlər və gözləmələr insanı yorur. Buna görə də tələsməyin, əsəbiləşməyin və mənəvi halınızı qorumağa çalışın. Unutmayın ümrənin gözəlliyi sadəcə çox ibadət etməkdə deyil, onu səbir və gözəl əxlaqla yerinə yetirməkdədir.

İkinci tövsiyə: Bu səfəri turistik gəzi kimi deyil, mənəvi dönüş fürsəti kimi görün. Məkkə və Mədinədə olduğunuz müddətdə telefonu, sosial medyanı və dünya qayğılarını bir kənara qoyun. Dua, zikr və təfəkkürə daha çox vaxt ayırın. Çünki ümrənin ən böyük qazancı qəlbin dəyişməsi və Allahla münasibətinizin güclənməsidir.

Üçüncü tövsiyə: Mədinənin qədrini bilin. Mədinə sadəcə ziyarət edilən bir şəhər deyil. Orada insan fərqli bir rahatlıq və mənəvi yaxınlıq hiss edir. Rəsulullahın ﷺ məscidində namaz qılmaq, ona salam vermək və o mübarək atmosferi yaşamaq qəlbdə unudulmaz iz buraxır. Bu müqəddəs şəhərdə hər dəqiqənin qədrini bilin, ədəb və hörmətlə davranın.

Ümrə sadəcə bir səfər deyil düzgün niyyət və hazırlıqla gedildikdə, ömürlük iz buraxan bir mənəvi dönüşdür.

TƏVAF ETMƏYİN FƏZİLƏTİ

Həcc və ya ümrə məqsədilə Məkkəyə gələnlər üçün ən fəzilətli nafilə ibadət...

TƏKRAR ÜMRƏYƏ GETMƏK?

Siz heç düşünmüsünüzmü insanlar nəyə görə bir dəfə deyil, dəfələrlə ümrəyə...

ÜMRƏ İBADƏTİNİN ƏHƏMİYYƏTİ

“Həcc və ümrəni Allah üçün tam yerinə yetirin!” (Bəqərə 2/196)Ümrə ibadəti,...

HARAM PULLA HƏCCƏ GETMƏK OLARMI?

Halal qazanc ilə edilən həcc ibadəti insanın mənəvi cəhətdən kamilləşməsinə və...