TƏKRAR ÜMRƏ ETMƏK YOXSA TƏVAF?

Məkkəyə gəldiniz, vaxtınız məhduddur. Nə etmək daha savablıdır  təkrar-təkrar ümrə etmək, yoxsa Kəbəni bol-bol təvaf etmək? Bu, zəvvarların ən çox düşündüyü suallardan biridir.

Alimlər bu barədə maraqlı bir şey deyirlər: Məkkədə olan zəvvar üçün ən fəzilətli ibadətlərdən biri Kəbəni təvaf etməkdir. Səbəbi isə çox sadədir təvaf yalnız Beytullahın ətrafında edilən, dünyada başqa heç bir yerdə yerinə yetirilməsi mümkün olmayan xüsusi bir ibadətdir.

Buna görə də alimlər xüsusilə uzaq diyarlardan qısa müddətə gələn zəvvarlara tövsiyə edirlər: vaxtınızı davamlı olaraq miqata gedib-gəlməyə sərf etməkdənsə, Məscidül-Həramda qalıb təvaf, dua, zikr və namazla məşğul olun bu daha bərəkətli və daha fəzilətlidir.

Peyğəmbər Əfəndimizin ﷺ və səhabələrin həyatına baxdıqda da bunu aydın görürük. Onlar Məkkədə olduqları müddətdə davamlı şəkildə yeni ümrələr etməkdənsə, Kəbəni təvaf etməyə üstünlük verirdilər.

Nəticə olaraq bir neçə dəfə ümrə etmək caiz və savablıdır. Lakin Məkkədə məhdud vaxtı olan zəvvar üçün ən əfdəl yol, o müqəddəs məkana məxsus olan təvafı çoxaltmaqdır. Çünki təvaf Beytullaha xas olan və aləmlərin Rəbbinə mənəvi yaxınlıq qazandıran fəzilətli bir ibadətdir.

HANSI AYDA ÜMRƏYƏ GEDƏK?

Ümrəyə getmək istəyirsən, amma hansı ayı seçəcəyini bilmirsən? Gəl birlikdə...

TƏKRAR ÜMRƏYƏ GETMƏK?

Siz heç düşünmüsünüzmü insanlar nəyə görə bir dəfə deyil, dəfələrlə ümrəyə...

ÜMRƏ ÜÇÜN BUNLARA DİQQƏT ET!

Ümrəyə gedirsən, amma o hüzuru tam hiss edə bilmirsənsə bu tövsiyələr sənin...

ZİYARƏTDƏN ƏVVƏL 5 ŞEYİ ÖYRƏN

Ümrəyə getməzdən əvvəl bu 5 şeyi bilsən, ziyarətin çox daha hüzurlu və mənalı...