İslam dinin beş əsasından biri olan həcc ibadəti ilin müəyyən günlərində (Qəməri aylardan Zülhiccə ayında) ehram örtüyünə bürünərək Kəbə evini təvaf etmək və Məkkə ətrafında qeyd olunan xüsusi məkanları ziyarət etməkdir. (Qeyd: Qadınlar üçün ehram əyinlərindəki libasıdır.)
Hər möminin məqsədi Allahın rizasını qazanmaqdır. Onun razılığını qazanmağın yollarından biri də peyğəmbərləri vasitəsilə bildirdiyi əmrləri yerinə yetirmək, qadağalarından da uzaq durmaqdır. Allahın əmrlərindən məqsəd insanı yaxşıya, gözələ, doğruya yönəltmək, qadağaları isə pisliklərdən uzaqlaşdıraraq insanı gözəl əxlaq sahibi olmağa və Onun rizasına uyğun həyat yaşamağa sövq etməkdir.
İslamın beş əsas şərtindən biri olan Həcc ibadəti, həm maddi, həm də cismani şəkildə yerinə yetirilən bir ibadətdir. Maddi vəziyyəti yerində olanların ömürlərində bir dəfə Həcc ibadətini etmələri fərzdir. Uca Allah Quranda: “Yoluna gücü çatanların Allahın evi (Kəbə)ni həcc və ziyarət etmələri, insanlar üzərində Allahın bir haqqıdır.” (Ali imran, 3/97) buyurmuşdur. Peyğəmbərimiz -səllallahu əleyhi və səlləmn- də Həcci müsəlmanlığın beş əsasından biri olaraq saymış və Həcc ibadətini icra edərək müsəlmanlara öyrətmişdir.
Maddi cəhətdən zəngin və sağlamlığı yerində olan müsəlmanın həyatında bir dəfə Həcc ibadətini yerinə yetirməsi fərzdir. Bir müsəlmana Həccin fərz ola bilməsi üçün bu şərtlərin olması lazımdır:
Müsəlman olması, əqli cəhətdən sağlam olması, həddi-büluğ yaşına çatmış olması, azad olması, həcc ziyarətinə getmək üçün kifayət qədər maddi imkana sahib olması və bu ibadəti yerinə yetirəcək vaxta çatmış olması; Bu şərtlərdən hər hansı birinə sahib olmayan insana həcc fərz deyildir.
İstər kişi olsun, istərsə də qadın sadalanan şərtlərə sahib hər müsəlmana, ömründə bir dəfə Həcc etmək fərzdir. Üzərinə Həcc fərz olan kimsə, bu ibadəti gecikdirmədən bir an əvvəl yerinə yetirməlidir. Üzərinə fərz olduğu halda müəyyən səbəblərlə bu əhəmiyyətli ibadəti yerinə yetirməyib növbəti illərə təxirə salmaq uyğun deyil.
Həcc ibadətinin fərzləri məzhəblərə görə fərqlilik göstərir. Hənəfi məzhəbinə görə Həccin fərzləri aşağıdakılardır.
1. Ehrama girmək.
Ehrama girmədən Həcc ibadəti yerinə yetirilməz. Ehrama girmək Həccin şərtidir.
2. Arafatta vəkfəyə durmaq.
Ərəfə günü (Qurban bayramından bir gün əvvəl) Arafat meydanında müəyyən bir zaman vəkfəyə durmaq fərzdir.
3. Kəbəni təvaf etmək.
Kəbəni ziyarət etmək fərzdir.
AYƏ VƏ HƏDİSLƏRLƏ HƏCCİN FƏZİLƏTİ
Allah-Təala buyurur ki:
“Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.” (Ali-İmran, 97)
“Allah üçün həcc və ümrəni tam yerinə yetirin.” (əl-Bəqərə, 196)
“Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə (niyyəti ilə) ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, (bilsin ki,) Allah əvəzini verəndir, Biləndir.” (əl-Bəqərə, 158)
Həzrət Peyğəmbər buyurur ki:
“Hər kim həcc ibadətini yerinə yetirərkən şəhvani istəklərinə hakim olub çirkin söz və davranışlardan özünü qoruyarsa, böyük günah işləməyib kiçik günahları da tərk edərsə, dünyaya gəldiyi gün kimi (tərtəmiz, pak və günahsız olaraq həcdən) qayıdar”. (Buxari, Həcc 4; Müslim, Həcc 438)
“Allah dərgahında qəbul olunan Həccin qarşılığı yalnız cənnətdir.” (Buxari-Müslim)
“Həcc və ümrəni ard-arda edin, çünki bu şəkildə edilən həcc və ümrə körüyün dəmir, qızıl və gümüşdəki pası yox etdiyi kimi, kasıblığı və günahları yox edər. Məqbul həccin qarşılığı Cənnətdir. Günəş gününü ehramlı və təlbiyə ilə keçirən mömin bəndəsinin günahları ilə birlikdə batırar və həmin insanı günahsız edər.”( Nəsəi, Tirmizi)
“Həcc və ümrəyə gedənlər Allahın seçilmiş qonaqlarıdır. Dua etdiklərində dualarını qəbul edər, tövbə edərlərsə, tövbələrini qəbul edər.” (Nəsəi, İbn Macə)
“Məscidimizdə qılınan bir namaz, Məscidi-Həram (Kəbə) xaric digər məscidlərdə qılınan min namazdan daha qiymətlidir. Məscidi-Həramda qılınan bir namaz digər məscidlərdə qılınan yüz min namazdan daha qiymətlidir.” (İbn Macə)
“Təlbiyə gətirən insana müjdə verilər, təkbir gətirən insana da müjdə verilər.” Əshabi-Kiram soruşdu: “Ya Rəsulallah! Bu müjdə Cənnətdirmi? Rəsulullah “Bəli” buyurdu.”(Təbərani)
Ətraflı məlumat və qeydiyyat üçün forumu doldurun
Biz sizə zəng edək
Ən qısa zamanda sizinlə əlaqə saxlanılacaq