7 Gecə 8 Gün Ümrə Turu

Qrup H-054

Jayden

Mədinə Hoteli

Harama 150 m məsafədə yerləşir.

https://short-link.me/12XfW

Elaf Bakkah

Məkkə hoteli

Harama 700 m məsafədə | Standart Paket

https://short-link.me/12XgU

7 Gecə 8 Gün Ümrə Turu

  • Gediş

    11 Sentyabr 2024
    Bakı - Ciddə
  • Transfer

    14 Sentyabr 2024
    Mədinə - Məkkə
  • Gəliş

    18 Sentyabr 2024

    Ciddə - Bakı

  • 3 Gecə Mədinə, Le Bosphorus Hotel - Waqf Safi Hotel

    4 Gecə Məkkə,  Elaf Bakkah Hotel

    Qiymət: 1.170 USD

  • Bakı - Ciddə Flyanas XY628
  • Ciddə - Mədinə - Transport Sürət qatarı ilə
  • Mədinə - Məkkə - Transport Aftobus
  • Ciddə - Bakı Flaynas XY 627

 QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR

  • Ümrə vizası,
  • Təyyarə ilə gediş və dönüş ekonom paket təyyarə bileti,
  • Məkkə və Mədinə şəhərlərində qeyd edilən otellərdə, qeyd olunan müddətdə      qonaqlamalar,
  • Standart paketlərdə tabldot üsulu ilə səhər və axşam yeməyi,
  • Səudiyyə Ərəbistanında və Azərbaycanda rəsmi rüsumların ödənilməsi ilə bağlı zəruri ödənişlərin yerinə yetirilməsi,
  • Səyahət sığortası. (Sağlamlıq sığortası),
  • Nəqliyyat xərcləri, transferlər, qarşılama və yola salma xidmətləri,
  • Məkkə və Mədinə şəhərlərində ziyarət yerlərinin gəzintisi,
  • Oteldən Kəbəyə gediş-gəliş üçün 24 saat servis xidməti,
  • Hər bir zəvvara 5 litr zəmzəm suyu,
  • 1 ədəd səyahət çantası,
  • Ümrə bələdçi kitabçası,
  • Hilal Travel şirkətinin bələdçi və rəhbərlik xidməti

 

QİYMƏTƏ DAXİL OLMAYAN XİDMƏTLƏR

  • Səhər və axşam yeməklərində alınan əlavə içkilər,
  • Proqram xaricində tələb edilən əlavə xidmətlər,
  • Otellərdə əlavə xərclər (mini bardan istifadə, otaq servisləri, telefon və.s),
  • Yuxarıda daxil olduğu aşkar şəkildə bəyan edilməyən bütün xidmətlər.

ÜMRƏ VİZASI


Ümrə ziyarətinə  getmək  istəyən şəxslərə  əvvəlcədən ümrə  vizası  almaları tövsiyyə olunur. Ümrə vizası üçün tələb olunan sənədlər aşağıda qeyd olunmuşdur. Ümrə vizası üçün tələb olunan sənədlər Hilal Travel şirkətinə təqdim edildikdən sonra vizanız şirkətimiz tərəfindən alınacaqdır.

 

  • Ən azı altı ay etibarlılıq müddəti olan ümumvətəndaşlıq pasportu,
  • 2 ədəd 3×4 ölçüdə rəngli foto şəkil,
  • 18 yaşı tamam olmamış şəxslər tək başına səfər edəcəksə, hər iki valideyinin razılığı ilə verilmiş notarial təsdiqli razılıq ərizəsi,
  • 18 yaşı tamam olmamış şəxslər valideyinlərindən biri ilə səfər edəcəksə, digər valideyinin notarial təsdiqli razılıq ərizəsi,
  • Əcnəbi vətəndaşlar Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsininin surəti,
  • Gediş tarixindən 15 gün əvvəl bütün sənədlər Hilal Travel şirkətinə təqdim olunmalıdır.

7 GECƏ 8 GÜNLÜK ÜMRƏ ZİYARƏTİNİN PROQRAMI


1-ci gün | Bakı – Ciddə – Mədinə


Bakı şəhəri Heydər Əliyev adına beynəlxalq hava limanının 1-ci terminalında qeyd olunan saatda qeydiyyat bürosunun qarşısında görüşülür, qeydiyyatdan keçib baqajlarımızı təhvil verdikdən sonra təyyarəyə minilir və Ciddə şəhərinə hərəkət edilir. Ciddə hava limanında qarşılanma və bələdçinin müşaiyəti ilə Mədinə şəhərinə sürət qatarı ilə hərəkət olunur. Mədinədə qalacağımız otelə gəlib yerləşdikdən sonra bələdçinin qeyd etdiyi saatda otelin girişində qrup halında toplanılır və  Həzrət Peyğəmbəri salamlamağa gedilir.


2-ci gün | Mədinə


Sübh namazından sonra Cənnətü-l-Baqi məzarlığı ziyarət edilir. İşa namazına qədər ibadət üçün sərbəst zaman. İşa namazından sonra təkrar otelin girişində saat 21:00-da toplaşaraq Mədinənin xurma bağlarına gedilir, çay içilir və söhbət proqramı təşkil olunur.


3-cü gün | Mədinə


Səhər yeməyindən sonra saat 08:00-da otelin girişində görüşərək Mədinə şəhərinin tarixi məkanlarını ziyarət etmək üçün avtobusla hərəkət edilir. Uhud şəhidliyi, Qibləteyn məscidi (İki qibləli məscid), Xəndək məscidi, Quba məscidi və Cümə məscidi ziyarət edildikdən sonra təkrar otelə qayıdılır və sərbəs zaman. Axşam saat 22:00 da otelin giriş hissəsində ümrə ziyarəti və ehram haqqında məlumatlandırma iclası təşkil olunur.


4-cü gün | Mədinə – Məkkə


Məkkə şəhərinə səfər və ehram üçün hazırlıq görülür. Səhər yeməyindən sonra saat 10:00-da çantalar otelin girişinə endirilir. Oteldə ehramlar geyinilir və saat 11:00-da Zülhüleyfə (Miqat) məscidinə avtobusla hərəkət edilir. Məscidə gəlib ehram namazını qıldıqdan sonra toplu halda Ümrə ziyarətinə niyyət edilir və təlbiyə gətirərək Kəbəyi Müəzzəməyə hərəkət edilir. Saat 17:00-18:00 radələrində Məkkədə qalacağımız otelə gəlib yerləşilir. Axşam yeməyindən sonra bələdçinin müşaiyəti ilə Kəbəyə hərəkət və Ümrə təvafı, təvaf namazından sonra Səfa ilə Mərvə arasında Ümrə səyi (yürüşü) edilir və təraş olub ehramdan çıxılır. (Ümrə ziyarətiniz məqbul olsun).


5-ci gün | Məkkə


Sərbəst gün. Kəbədə sərbəst ibadət, nafilə təvaf və dua.


6-cı gün | Məkkə


Sübh namazını Kəbədə qıldıqdan sonra, səhər yeməyini oteldə yeyib saat 7:30-da otelin girişində görüşərək Məkkə şəhərinin tarixi məkanlarını ziyarət üçün avtobusla hərəkət ediləcək. Ziyarət ediləcək yerlər: Sevr dağı, Arafat, Müzdəlifə, Mina, Şeytan daşlama yeri, Nur dağı, Cənnətül-Müəlla məzarlığı, Cin məscidi və Peyğəmbərimizin doğulduğu evin yeri olacaqdır. İkinci dəfə Ümrə ziyarətini etmək istəyən zəvvarlarımız ehramlarını geyinərək (Məkkə ziyarətlərinə gedecəklər. Miqat bölgəsi olan Arafatda ehram namazlarını qılaraq Ümrəyə niyyət edəcəklər) ziyarətə iştirak edəcəklər. Ziyarətdən sonra Ümrə təvafı, təvaf namazı və təvaf namazından sonra Səfa ilə Mərvə arasında səy (yürüş) və təraş olub ehramdan çıxılır.


7-ci gün | Məkkə


Sərbəst gün. Kəbədə sərbəst ibadət, nafilə təvaf və dua.


8-ci gün | Məkkə


Sübh namazını Kəbədə qılıb, səhər yeməyini oteldə yedikdən sonra qeyd olunan saatda çantalar otelin girişinə endirilir. Qeyd olunan saatda oteldən Ciddə hava limanına avtobusla hərəkət edilir. Ciddə hava limanında qeydiyyat və baqajlar təhvil verildikdən sonra təyin olunan saatda Ciddədən Bakıya uçuş.


Doğma Vətəniniz Azərbaycana xoş gəldiniz.