Miqat İslamda həcc və ya ümrə ziyarəti üçün niyyət edən bir müsəlmanın ehrama girməli olduğu müəyyən edilmiş coğrafi məkanlara verilən addır.
Yəni, bir müsəlman həcc və ya ümrə ibadətinə başlamaq istəyirsə, miqat nöqtəsinə çatmadan əvvəl və ya orada ehrama girməlidir. Ehramsız olaraq miqatı keçmək, ziyarətin düzgün olmamasına və kəffarə (cərimə) vacib olmasına səbəb ola bilər.
Peyğəmbər (s.ə.s) tərəfindən müəyyən edilmiş 5 əsas miqat nöqtəsi var:
1. Zülhuleyfə – Mədinədən gələnlər üçün
2. Cuhfə – Şam, Misir və Mağrib (Qərbi Afrika) tərəfdən gələnlər üçün
3. Qarnülmənazil – Nəcd əhlindən olanlar üçün
4. Yeləmləm – Yəməndən gələnlər üçün
5. Zatüırq – İraq tərəfindən gələnlər üçün
Hər bir bölgədən gələn müsəlmanlar bu nöqtəyə çatmadan ehrama girməlidirlər.
Ətraflı məlumat və qeydiyyat üçün forumu doldurun
Biz sizə zəng edək
Ən qısa zamanda sizinlə əlaqə saxlanılacaq