TƏVAF ETMƏYİN FƏZİLƏTİ

Həcc və ya ümrə məqsədilə Məkkəyə gələnlər üçün ən fəzilətli nafilə ibadət Kəbəni təvaf etməkdir. 

Qurani-Kərimdə həcc və ya ümrə ziyarətçilərinin Beytullahı təvaf etməsi əmr olunur. Digər tərəfdən Allahın Elçisi (s.ə.s.) təvafın bir növ namaz hökmündə olduğunu, lakin onun daxilində danışmağın icazəli olduğunu bildirmişdir.

Peyğəmbər (s.ə.s.) təvafın hər şövtündə Həcərül-Əsvəd ilə Xətim arasında “Rəbbənə atina…” duasını oxumuş və Yəmən (Rükn-i Yəməni) küncündən başlayaraq aşağıdakı duanı oxuyana yetmiş mələyin “amin” deyəcəyini bildirmişdir:

“Allahummə inni əs’əlükəl-afvə vil-afiyətə fid-dünya vil-axirəti. Rəbbənə atina fid-dünya hasənətən və fil-axirəti hasənətən və qina əzabən-nar.” (Mənası: Ey Allahım! Səndən dünyada və axirətdə əfv və afiyyət istəyirəm. Ey Rəbbimiz! Bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq ver və bizi cəhənnəm əzabından qoru.)

Əbu Hüreyrədən (r.a.) rəvayət olunur ki, Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: “Kim Beytullahı yeddi şövt edərək, başqa söz danışmadan ‘sübhənallah, vəl-həmdulillah, və la ilahə illallah, vallahu əkbər, və la həvlə və la quvvətə illa billah’ deyərək təvaf edərsə, onun on günahı silinər, on savab yazılar və dərəcəsi on mərtəbə yüksələr.”

Bundan əlavə, həcc və ya ümrə məqsədilə Məkkəyə gələnlər üçün nafilə təvafın namazdan daha fəzilətli olduğu bildirilir və təvafı istənilən vaxt yerinə yetirmək mümkündür. Məkkə sakinləri üçün isə Məscidül-Haramda namaz qılmaq nafilə təvafdan daha fəzilətli sayılır. Cübeyr ibn Mut’im (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s.) Bəni Əbdü Mənaf qəbiləsinə belə buyurmuşdur: “Bu Beyti təvaf edən heç kəsə və orada gecə-gündüz istədiyi vaxt namaz qılana mane olmayın.”

TƏKRAR ÜMRƏ ETMƏK YOXSA TƏVAF?

Məkkəyə gəldiniz, vaxtınız məhduddur. Nə etmək daha savablıdır  təkrar-təkrar ümrə...

TƏKRAR ÜMRƏYƏ GETMƏK?

Siz heç düşünmüsünüzmü insanlar nəyə görə bir dəfə deyil, dəfələrlə ümrəyə...

SƏFA və MƏRVƏ TƏPƏLƏRİ

“Səfa və Mərvə Allahın nişanələrindəndir” (Bəqərə surəsi, 158)Səfa və Mərvə...

ÜMRƏ BİR BİR SEVDADIR

Ümrə qürbət deyil, yaxınlıqdır, səmimiyyətdir. Buna görə biz ümrəyə şəkil...