Siz heç düşünmüsünüzmü insanlar nəyə görə bir dəfə deyil, dəfələrlə ümrəyə getmək istəyir?
Çünki Ümrə insanın qəlbində silinməyən iz buraxır… İnsan Məkkəyə gedib Kəbəni ilk dəfə gördükdə, təvaf etdikdə və o müqəddəs atmosferi yaşadıqda, dünyada heç nəyə bənzəməyən bir hüzur hissi yaşayır. Gündəlik həyatın yorğunluğu, qayğıları və qarışıqlığı sanki bir anlıq yox olur. İnsan özünü Rəbbi ilə baş-başa, qəlbən daha yaxın hiss edir.
Ümrə zamanı edilən dualar, Məscidül-Həramda qılınan namazlar, milyonlarla müsəlmanla birlikdə Kəbənin ətrafında edilən təvaf insanın ruhunda unudulmaz duyğular oyadır. Orada insan sadəcə bir ziyarət etmir ruhunu yenidən kəşf edir, tövbəyə, duaya və mənəvi saflaşmaya daha çox yönəlir.
Bu səfərin ən təsirli tərəflərindən biri də Mədinəni və Peyğəmbərimizin ﷺ məscidini ziyarət etməkdir. Bir çox zəvvar üçün Mədinə tamam başqa bir hiss yaşadır daha sakit, daha duyğulu, daha dərin… İnsan Rəsulullahın ﷺ yaşadığı şəhərdə olmağın, onun məscidində namaz qılmağın və mübarək qəbrinə salam verməyin təsirini sözlə ifadə etməkdə çətinlik çəkir. Oradan ayrılarkən bir çox insanın qəlbində eyni hiss qalır: "Kaş bir az da qala biləydim…"
Digər
Bu bölmənin digər başlıqları
Copyright © 2023 Hilal | Tüm Hakları Saklıdır.