ÜMRƏYƏ vəya HƏCCƏ GETMƏK? YOXSA O PULU KASIBLARA PAYLAMAQ?

İnsanlar həcc və ümrə ziyarətinə ibadət etmək, mənəvi rahatlıq tapmaq və Allaha yaxınlaşmaq niyyəti ilə gedirlər. 

Bu müqəddəs səfərlərin əsas mahiyyəti insanın ruhən yenilənməsi, daxilən huzur tapması və mənəvi ehtiyaclarını qarşılamasıdır. Bu isə hər insanın öz şəxsi seçimidir.

Maraqlıdır ki, eyni insanlar yeni il tətili üçün Avropaya gedənlərə "Avropalılara pul qazandırırsınız" demirlər. Yay istirahətinə, lüks otellərə, konsertlərə və müxtəlif əyləncələrə xərclənən pullar da eyni şəkildə tənqid olunmur. Heç kim "Parisə gedəcəyinə bir tələbəyə dəstək ol" və ya "tətilə xərclədiyin pulu ehtiyac sahiblərinə ver" demir. Deməli, məsələ sadəcə pul xərcləmək deyil. Problem bəzi insanların dini dəyərlərə qarşı qərəzli münasibətindədir.

Çünki mövzu din və ibadət olduqda bəzi insanların yanaşması və istifadə etdiyi dil bir anda dəyişir. Bəziləri bunu açıq şəkildə ifadə etməsə də, dindar insanları hədəf alır, ümrə və həcc ziyarətlərini mənasız göstərməyə çalışırlar. Halbuki milyonlarla insan üçün bu ziyarətlər mənəvi rahatlıq, daxili dinclik və ruhən saflaşma vasitəsidir. Necə ki, kimisi dəniz kənarında, kimisi dağlarda rahatlıq tapır, başqa biri də müqəddəs məkanlarda mənəvi huzur tapır.

"Ümrəyə gedəcəyinə kasıba kömək et" fikri də doğru müqayisə deyil. Çünki ehtiyac sahibinə yardım etmək yalnız dindar insanların vəzifəsi deyil bu, hər bir insanın mənəvi və insani borcudur. İnsan həm zəkat və sədəqə verə, həm ehtiyac sahibinə dəstək ola, həm də ümrə və ya həcc ziyarətinə gedə bilər. Necə ki insanlar şəxsi ehtiyaclarına, təhsilə və ya istirahətə pul xərcləyərkən eyni zamanda xeyriyyə də edirlər, dindar insanlar da həm ibadət edib, həm də başqalarına əl tuta bilərlər.

Təəssüf ki, bəzi çevrələrdə yaxşılıq etmək və paylaşmaq sanki yalnız dindar insanların öhdəliyi kimi təqdim olunur. Halbuki vicdan, mərhəmət və yardımsevərlik dini və ya dünyəvi baxışdan asılı olmayaraq  hər bir insanın daşımalı olduğu ümumi insani dəyərlərdir. Hər kəs öz seçiminə görə deyil, öz əməlinə görə mühakimə olunmalıdır.

İLK DƏFƏ ÜMRƏ ZİYARƏTİNƏ GEDƏN BİRİNƏ ƏN ÖNƏMLİ 3 TÖVSİYYƏ

İlk dəfə ümrəyə gedirsinizsə, bu üç tövsiyəni mütləq eşitməlisiniz.Birinci...

ÜMRƏ ADİ BİR SƏFƏR DEYİL, BİR SEVDADIR

Ümrə qürbət deyil, yaxınlıqdır, səmimiyyətdir. Buna görə biz ümrəyə şəkil...

HARAM PULLA HƏCCƏ GETMƏK OLARMI?

Halal qazanc ilə edilən həcc ibadəti insanın mənəvi cəhətdən kamilləşməsinə və...

SƏFA və MƏRVƏ TƏPƏLƏRİ

“Səfa və Mərvə Allahın nişanələrindəndir” (Bəqərə surəsi, 158)Səfa və Mərvə...