Ümrəyə gedirsən, amma o hüzuru tam hiss edə bilmirsənsə bu tövsiyələr sənin üçündür.
Ümrə ziyarətini hüzurlu və mənəvi rahatlıq içində yaşamaq üçün ilk növbədə qəlbimizi gündəlik qayğılardan uzaqlaşdırıb ibadətin ruhuna yönəlməliyik. Bu müqəddəs səfər turistik bir yolçuluq deyil insanın ruhuna toxunan və daxili dünyasını saflaşdıran özəl bir ibadətdir.
Qarşılaşdığımız çətinliklərə, gecikmələrə və izdiham səbəbilə yaşanan narahatlıqlara səbir və təmkinlə yanaşmaq çox önəmlidir. Unutmamalıyıq ki, eyni anda milyonlarla insan eyni məkanda, eyni ibadəti yerinə yetirməyə çalışır. Belə böyük bir mənəvi mühitdə bəzi gecikmə və nöqsanların olması təbiidir bunları anlayışla qarşılamaq ibadətin mənəvi gözəlliyini qoruyur.
Bu müqəddəs məkanda diqqəti ətrafdakı insanların davranışlarına, görünüşünə və geyim tərzinə deyil, öz ibadətimizə yönəltmək lazımdır. İnsanlar bu torpaqlara fərqli coğrafiyalardan, müxtəlif mədəniyyətlərdən və müxtəlif duyğularla gəlirlər. Heç kəsi aşağı görməməli, davranışlarına görə mühakimə etməməliyik. Unutmamalıyıq ki, Allah qatında üstünlük yalnız təqva ilədir.
Mübahisə və çəkişmələrdən, kobud davranışlardan və nalayiq sözlərdən çəkinmək lazımdır. Çünki bu müqəddəs səfərin ruhu səbir, təvazökarlıq, anlayış və gözəl əxlaq üzərində qurulub.
Məscidül-Həram və Məscidün-Nəbəvi atmosferində beş vaxt namazı camaatla qılmağa xüsusi diqqət yetirin. Həmin anlarda hiss olunan birlik, mənəvi hüzur və qardaşlıq duyğusu insanın qəlbində silinməz izlər buraxır.
İmkan daxilində ehtiyac sahibi insanlara sədəqə verin, bir könlə toxunun paylaşmağın mənəvi gözəlliyini yaşayın.
Məkkə və Mədinədə olduğunuz hər an harada olduğunuzun idrakı içində olun. Ayaq basdığınız bu məkanlar Məhəmməd peyğəmbərin ﷺ, səhabələrin və əhli-beytin qədəmləri ilə şərəflənmiş müqəddəs məkanlardır. Bu şüurla atılan hər addım, edilən hər ibadət qəlbdə daha dərin mənəvi duyğular oyadır.
Ən vacibi isə ibadəti tələsmədən, ixlasla, səmimiyyətlə, səbir və şükür hissi ilə yaşamaqdır. Çünki ən gözəl anlar kameraya deyil, qəlbə həkk olunan anlardır.
Digər
Bu bölmənin digər başlıqları
Copyright © 2023 Hilal | Tüm Hakları Saklıdır.