ÜMRƏ İBADƏTİNİN ƏHƏMİYYƏTİ

“Həcc və ümrəni Allah üçün tam yerinə yetirin!” (Bəqərə 2/196)

Ümrə ibadəti, müəyyən bir zamana bağlı olmadan (Ərəfə və Qurban bayramı günləri  istisna olmaqla), ehrama girərək Kəbəni təvaf etmək, Səfa ilə Mərvə arasında səy etmək və saçları qırxdırıb ehramdan çıxmaqla yerinə yetirilən ibadətdir.

Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! …” (Bəqərə 2/196)

Müəyyən bir zamanla məhdudlaşmaması, Ərəfat və Müzdəlifə vəqfələrinin, həmçinin qurban kəsmə və şeytana daş atma kimi vəzifələrin olmaması ümrəni həcc ibadətindən fərqləndirir. Bu fərqlərə görə həccə “həcc-i əkbər” (böyük həcc), ümrəyə isə “həcc-i əsğər” (kiçik həcc) deyilir.

Hənəfi və Maliki məzhəblərinə görə hər bir müsəlmanın ömründə bir dəfə ümrə etməsi sünnə, Şafii və Hənbəli məzhəblərinə görə isə fərzdir.

Ümrə sözünün lüğət mənası “ziyarət etmək” deməkdir. Eyni zamanda sözün kökü ərəb dilində “ömür, həyat” mənasını verən “umr” sözündən gəlir. Bu baxımdan ümrə, insanın ömrünə yeni bir məna və həyat qatması kimi də izah edilə bilər. Peyğəmbərimiz (s.ə.s.) həcc ziyarətindən əlavə ümrə də etmiş və bu ibadəti təşviq etmişdir.

Hər bir insan həyatı boyunca bədəninin fiziki ehtiyaclarını (yemək, içmək, yatmaq və s.) ödəməyə çalışır, lakin eyni zamanda onun bir də mənəvi dünyası vardır. Xoşbəxtlik və huzur da məhz bu mənəvi aləmlə bağlıdır. Ümrə ibadəti insanın maddi həyatına qısa bir fasilə verərək mənəviyyatını yenidən gözdən keçirməsi, müqəddəs torpaqlarda ruhunu qidalandırması və yeniləməsi üçün bir fürsətdir. Ümrə səfəri vasitəsilə insan həyat yolunda haradan gəldiyini və hara getdiyini yenidən düşünür, Peyğəmbərimizin (s.ə.s.) ayq basdığı mübarək məkanlarda addımlamağın mənəvi sevincini yaşayır. 

Bu səfər günahlardan təmizlənmək, tövbə etmək, haqq sahiblərindən halallıq almaq, başqalarının haqqından azad olmaq, mənəvi həyatı zənginləşdirmək və səmimi niyyətlə özünü saflaşdırmaq üçün mühüm bir fürsətdir.

Əbu Hüreyrə (r.a.)-dan rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Ümrə, növbəti ümrəyə qədər edilən günahlara kəffarədir. Qəbul olunmuş həccin mükafatı isə yalnız cənnətdir.” (Buxari, “Ümrə”, 1; Müslim, “Həcc”, 437; həmçinin bax: Tirmizi, “Həcc”, 88; Nəsai, “Mənsik”, 3, 5, 77; İbn Macə, “Mənsik”, 3.)

SƏFA və MƏRVƏ TƏPƏLƏRİ

“Səfa və Mərvə Allahın nişanələrindəndir” (Bəqərə surəsi, 158)Səfa və Mərvə...

TƏVAF ETMƏYİN FƏZİLƏTİ

Həcc və ya ümrə məqsədilə Məkkəyə gələnlər üçün ən fəzilətli nafilə ibadət...

HANSI AYLARDA ÜMRƏYƏ GETMƏK TÖVSİYYƏ OLUNUR?

Ümrəyə getmək istəyirsən, amma hansı ayı seçəcəyini bilmirsən? Gəl birlikdə...

ÜMRƏ İBADƏTİNİN ƏHƏMİYYƏTİ

“Həcc və ümrəni Allah üçün tam yerinə yetirin!” (Bəqərə 2/196)Ümrə ibadəti,...