Ümrəyə getmək istəyirsən, amma hansı ayı seçəcəyini bilmirsən? Gəl birlikdə düşünək.
Ümrə üçün ən uyğun zamanı seçərkən insanlar adətən iki məsələyə diqqət edirlər: hava şəraiti və izdiham. Əgər məqsədiniz daha sərin havada ibadət etməkdirsə, qış ayları daha rahat olur. Amma bir həqiqət də var ki, məhz həmin aylarda Məkkə və Mədinədə zəvvar sayı xeyli artır. Xüsusilə noyabr, dekabr, yanvar və Ramazana yaxın dövrlərdə Kəbədə ciddi sıxlıq müşahidə olunur.
Bir çox insan düşünür ki, isti aylarda ümrə çətin olur. Əslində isə yay aylarının özünəməxsus üstünlükləri var. İyun, iyul və avqust aylarında hava temperaturu yüksək olsa da, zəvvar sayı xeyli azalır. Bu da Kəbədə daha rahat təvaf etməyə, daha sakit şəkildə dua etməyə və ibadətə daha çox fokuslanmağa imkan yaradır.
Xüsusilə izdihamdan uzaq, hüzurlu bir ümrə arzulayanlar üçün yay ayları çox gözəl seçim hesab olunur. Gecə saatlarında edilən təvafın mənəvi atmosferi tamam fərqli olur. İnsan daha rahat hərəkət edir, Kəbəni daha sakit mühitdə seyr edir və ibadətin ruhunu daha dərindən hiss edir. Təcrübəli zəvvarların bir çoxu da məhz bu səbəbdən isti aylara üstünlük verir.
Əlbəttə, yay aylarında düzgün planlama çox önəmlidir. İbadətləri əsasən gecə və səhər saatlarında yerinə yetirmək, gündüz saatlarında isə istirahət etmək və bol maye qəbul etmək rahat bir ziyarət üçün kifayət edir. Artıq Məkkədəki genişləndirilmiş yeni məkanlar, sərinləşdirici sistemlər və gecə ibadət imkanları yay ümrəsini əvvəlki illərlə müqayisədə daha komfortlu edir.
Ümrə üçün "ən yaxşı ay" anlayışı hər insan üçün fərqlidir. Kimisi sərin havanı seçir, kimisi isə daha sakit və daha hüzurlu ibadəti. Əsas olan isə insanın özünü rahat hiss etdiyi zamanda Allahın qonağı ola bilməsidir.
Əgər siz də hüzurlu və rahat bir ümrə ziyarəti planlaşdırırsınızsa, bizimlə əlaqə saxlayın sizin üçün ən uyğun vaxtı birlikdə seçək.
Digər
Bu bölmənin digər başlıqları
Copyright © 2023 Hilal | Tüm Hakları Saklıdır.