Qibləteyn Məscidi, Mədinədə Peyğəmbərimiz -səllallahu əleyhi və səlləm tərəfindən inşa edilən bir məsciddir və namaz əsnasında qibləsi dəyişdiyinə görə bu məscidə iki qibləli məscid adı verilmişdir.
İslamın ilk illərində müsəlmanlar namazı Qüdsdə yerləşən Məscidi-Əqsa istiqamətinə tərəf qılırdılar. Bəzi Mədinəli yəhudilər: “Muhamməd və onun səhabələri həm bizim dinimizə inanmırlar, həm də bizim qibləmizə doğru ibadət edirlər …” deyərək müsəlmanları ələ salardılar. Həzrət Peyğəmbər -səllallahu əleyhi və səlləm- də, qiblənin Kəbə olması üçün çox dua edir, bəzən də üzünü səmaya çevirib bu barədə xəbər gözləyirdi. Hicrətdən 18 ay sonra Şaban ayının 15-ci günü (Bəraət gecəsində) Həzrət Peyğəmbər Mədinədə Sələmə oğulları məhəlləsində günorta və ya əsr namazının fərzini qıldırarkən aşağıdakı ayəyi-kərimə nazil oldu: “Ey Rəsulum! Biz sənin üzünü səmaya çevrildiyini görürük, ona görə də Səni əlbəttə razı qalacağın qibləyə döndərəcəyik. Elə isə üzünü Məscidül-hərama tərəf cevir! (Ey müsəlmanlar) Harada olsanız üzünüzü oraya döndərin!” (əl-Bəqərə 144) Nazil olan ayədən sonra Həzrət Peyğəmbər namazı tərk etmədən (pozmadan) dərhal Kəbə istiqamətinə yönəldi və camaat da səfləri ilə birlikdə Kəbəyə tərəf döndülər. Beləliklə Qüdsə tərəf başlanılan namazın son iki rükəti Kəbəyə yönələrək tamamlandı. Məhz bu baxımdan burada bir məscid inşa edildi və bu məscidə Qibləteyn (İki qibləli məscid) adı verildi.
Digər
Bu bölmənin digər başlıqları