İslam tarixinin ilk məscidi olma şərəfini daşıyan Quba məscidi eyni zamanda Peyğəmbərimiz -səllallahu əleyhi və səlləm-in camaat namazı qıldırdığı ilk məsciddir.
Quba məscidi Həzrət Peyğəmbərin Məkkədən Mədinəyə hicrət edərkən Mədinəli müsəlmanlar tərəfindən sevgi və coşğu ilə qarşılandığı Quba bölgəsində yerləşir. Hicrət zamanı Peyğəmbərimiz Mədinəyə çatmadan əvvəl 14 gün burada qalmışdır. İslam tarixinin ilk məscidi olmaq şərəfini daşıyan Quba məscidi o zaman inşa edilmiş və ilk dəfə camaatla namaz burada qılınmağa başlanmışdır. Bu məscidin layihəsini Peyğəmbərimizin özü hazırlamış və özül daşını öz əlləri ilə qoymuşdur. Qurani-Kərimdə Allah-Təalə bu məscid haqqında belə buyurur: “…İlk gündən bünövrəsi təqva üzərində qurulmuş məscid əlbəttə sənin orada namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah da pak olanları sevər.” (Tövbə 108). Bu mübarək məsciddə namaz qılmağın fəziləti haqqında Allah Rəsulu -səllallahu əleyhi və səlləm- belə buyurur: “Kim ədəbinə uyğun şəkildə dəstəmaz alaraq Quba məscidinə gedər və orada namaz qılarsa, ümrə etmiş kimi savab qazanar.” (Tirmizi)
Digər
Bu bölmənin digər başlıqları