Təkrar ümrə etmək istəyən zəvvarlar üçün ihrama girilən məkan Tənim Məscidi.
Tənim Məscidi Məkkə şəhərinin yaxınlığında yerləşən və ümrə ibadəti üçün mühüm əhəmiyyət daşıyan müqəddəs məkanlardan biridir. Bu yer Hərəmin sərhədlərindən kənarda yerləşir və Kəbəyə ən yaxın “Hil” bölgələrindən biri hesab olunur. Məkkədə yaşayan və ya Hərəm ərazisində olan şəxslər ümrə etmək istədikdə mütləq Hərəm sərhədindən çıxaraq bu kimi yerlərdə ehrama girməlidirlər.
İslam alimlərinə görə ümrə üçün ehrama giriləcək ən fəzilətli yerlərdən biri məhz Tənimdir. Digər mühüm yerlər isə Ciranə və Hüdeybiyyədir. Tənim Məkkənin mərkəzindən təxminən 6–8 km məsafədə yerləşir və bu xüsusiyyətinə görə ən çox istifadə edilən mikat nöqtəsidir.
Bu gün Tənim Məscidi həm yerli əhali, həm də əlavə ümrə etmək istəyən zəvvarlar üçün əsas ihram məkanıdır. Burada məscid, dəstəmaz və yuyunma yerləri, həmçinin rahat nəqliyyat və digər imkanlar mövcuddur ki, bu da zəvvarlar üçün böyük rahatlıq yaradır.
Tənim Məscidi eyni zamanda “Məscid-i Aişə” adı ilə də tanınır. Bunun səbəbi Peyğəmbərimizin (s.a.v.) həyatında baş verən mühüm hadisə ilə bağlıdır. Vida həccində Hz. Aişə (r.a.) müəyyən səbəblərə görə ümrə edə bilməmişdi və bu vəziyyət onu kədərləndirmişdi.
Bunun üzərinə Peyğəmbərimiz (s.a.v.) onun qardaşı Əbdürrəhmanı çağıraraq Aişə anamızı Tənimə aparmasını və oradan ehrama girərək ümrə etməsini buyurmuşdur. O, Tənimdə ehrama girərək iki rükət namaz qılmış və ümrəyə başlamışdır. Bu hadisəyə görə həmin məkan “Məscid-i Aişə” adı ilə məşhurlaşmışdır.
Tənim Məscidinin yerləşdiyi ərazidə Tənim dağı yerləşir və məscidin olduğu vadi “Numan vadisi” adlanır. Bu da məkanın coğrafi və tarixi əhəmiyyətini daha da artırır.
Nəticə etibarilə, Tənim Məscidi yalnız ehram yeri deyil, həm də Peyğəmbərimizin (s.a.v.) həyatından mühüm bir xatirəni yaşadan, müsəlmanlar üçün mənəvi dəyəri yüksək olan müqəddəs ziyarət məkanlarından biridir.
Digər
Bu bölmənin digər başlıqları
Copyright © 2023 Hilal | Tüm Hakları Saklıdır.