Müsəlmanlar Mədinə şəhərini müşriklərdən qorumaq üçün xəndək qazaraq qalib gəldikləri Xəndək savaşı, Qurani-Kərimdə Əhzab savaşı olaraq qeyd edilir.
Hicrətin 5-ci ilində məkkəli müşriklər böyük bir ordu toplayaraq mədinəli müsəlmanların üzərinə hücum etdilər. Mədinəli yəhudilər də bu məkkəli müşriklərə dəstək olduqları üçün ordunun sayı 10.000 nəfərə çatdı. Bu xəbər Həzrət Peyğəmbərə çatdığı zaman səhabələrini toplayıp məşvərət etməyə başladı. Salman Farisi həzrətlərinin xəndək qazaraq şəhəri müdafiə etmə fikiri hər kəs tərəfindən qəbul edildi. 3.000 nəfərlik İslam ordusu Mədinə şəhərinin girş hissəsinə dərinliyi 4,5 metr, eni 9 metr, uzunluğu isə 5,5 km olan xəndək qazaraq şəhəri müdafiə altına aldılar.
Mədinə şəhərini yerlə yeksan edip, bütün məsəlmanları öldürmək üçün yola çıxan müşrik ordusu o günə qədər heç qaşılaşmadıqları bu müdafiə sistemini gördükləri zaman nə edəcəklərini bilməyip çarəsiz qaldılar. Bütün yolları kəsərək Mədinə şəhərini bir ay mühasirədə saxladılar.
Mühasirənin otuzuncu günündə Uca Allah bir möcüzə göstərərək şiddətli bir tufan göndərdi. Soyuq hava və görülməmiş bir fırtına meydana gəldi. Müşrik ordusunun çadırları, silah və sursatları havaya sovrulmağa başladı. Hava şəraitinə tab gətirə bilməyən müşriklər gətirdikləri əşyalarını da orada qoyaraq Məkkə şəhərinə geri qayıtmaq məcburiyyətində qaldılar. Bu müharibə nəticəsində müsəlmanlar 6 şəhid verdi. Müşrik ordusundan 3 nəfər öldü. Qurani-Kərimdə bu hadisə Əhzab savaşı olaraq qeyd olunur.
Digər
Bu bölmənin digər başlıqları