MİNA

Mina, Həcc ibadəti zamanı zəvvarların üç gün boyunca gecələdikləri, şeytan daşlayıb qurban kəsdikləri yerdir.

Mina, Məkkənin şimal-şərqində, Müzdəlifə ilə Məkkə arasında yerləşən geniş ərazinin adıdır. Müzdəlifə vəqfəsindən sonra zəvvarlar Minaya gələrək üç gün boyunca burada gecələyirlər. Həcc ibadətinin vacib rüknlərindən olan şeytan daşlama və qurban kəsmə ibadətləri də Minada icra olunur. Şeytan daşlamağın mənası, bizə hər cür pisliyi əmr edib vəsvəsə verərək bizi Yaradanımızdan uzaqlaşdıran nəfsimizi və şeytanı özümüzdən uzaqlaşdırmaqdır. Bəndəlik şüurunu dərk etmək, “ya Rəbb, qapına gəldim, səndən uzaqlaşdıran, səndən qeyri nə varsa hamısını tərk etməyə gəldim”, deməkdir. Şeytan daşlama yeri olaraq bilinən Mina, İbrahim Peyğəmbər ilə oğlu İsmayıl əleyhissalam arasında yaşanmış qurban hadisəsində şeytana qələbə çaldıqları yerdir.

MÜZDƏLİFƏ

Zəvvarların vəqfəyə durduqları, şeytan daşlamaq üçün daş topladıqları yerdir...

RAYƏ MƏSCİDİ

Məkkənin fəthi günü Həzrəti Peyğəmbərin İslam bayrağını dalğalandırdığı...

MÖVLUDİ - NƏBİ

Bəşəriyyətin Hz. Məhəmmədlə (s.a.s.) şərəfləndiyi müqəddəs məkan.Hz....

CƏNNƏTÜL - MUALLA

Cənnət xanımlarının seyyidi Hz. Xədicənin (r.a.) əbədi istirahətgahı olan müqəddəs...