Zəvvarların vəqfəyə durduqları, şeytan daşlamaq üçün daş topladıqları yerdir Müzdəlifə.
Mina ilə Ərafat arasında yerləşən, sahəsi 12 min m2 olan düzənlik ərazinin adı Müzdəlifədir.
Axşam Arafatdan yola düşən zəvvarlar axşam və işa namazlarını Müzdəlifədə qılıqdan sonra şeytan daşlamaq üçün lazım olan daşları da bu məkandan toplayırlar. Həcc ibadətinin vacib rüknlərindən biri olan Müzdəlifə vəqfəsini zəvvarlar bu meydanda gecələyərək icra edirlər.
Qurani-Kərimdə də işarə edilən məkan olaraq Müzdəlifə rəhmət təzahürlərinin dolub-daşdığı yerdir.
Digər
Bu bölmənin digər başlıqları