Sevr mağarası, Peyğəmbər -səllallahu əleyhi və səlləm ilə Həzrət Əbubəkirin Məkkədən Mədinəyə hicrət edərkən istirahət etdikləri mağaradır.
Məkkənin cənubunda yerləşən Sevr dağının hündürlüyü 500 metr, Kəbəyə masafəsi isə 4 km-dir. Bu dağın ətəyində yerləşən Sevr mağarası iki şərəfli qonağa ev sahipliyi etmişdir. Peyğəmbər -səllallahu əleyhi və səlləm və dostu Həzrət Əbubəkir Məkkədən Mədinəyə hicrət edərkən bu mağarada istirahət etmişlər.
Peyğəmbər -səllallahu əleyhi və səlləm ilə dostu Həzrət Əbubəkir Məkkədən gecə vaxtı yola çıxaraq Sevr mağarasında üç gecə qalmışlar. Daha sonra isə Qırmızı dəniz sahili ilə Mədinəyə getmişlər.
Mağarada qaldıqları üç gün ərzizində bəzi möcüzələrin baş verdiyi rəvayət olunur. Uca Allah sevimli Rəsulunu Məkkəli müşriklərin təhlükəsindən hörümçək toru və göyərçin yumurtası vasitəsilə qorumuşdur. Bu hadisə Quranı Kərimdə belə ifadə edilir: (Ey mö´minlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!”-dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə 40)
Həzrət Əbubəkir mağaradakı xatirəsini belə nəql edir: “Həzrət Peyğəmbər ilə mağaradaykən müşriklər mağaranın qarşısına qədər gəldilər və mağaraya o qədər yaxınlaşdılar ki, biz onların ayaqlarını görürdük və səslərini də eşidirdik. O zaman həyəcanlandım və Ona zərər vermələrindən qorxdum; “Ya Rəsulalallah əyilib baxsalar bizi görəcəklər “ dedim. Bunun üzərinə Peyğəmbərimiz belə buyurd: “Sən burada sadəcə ikimiz olduğunumu zənn edirsən, Uca Allah da bizimlə bərabərdir”.
Digər
Bu bölmənin digər başlıqları