CİN MƏSCİDİ

Quran sədasından təsirlənərək bir qrup cin imana gəldi. 

Cin Məscidi Məkkə şəhərində, Cənnətül-Muallâ qəbiristanlığının yaxınlığında yerləşir. Bu məscid Kəbənin olduğu Məscidül-Həramdan təxminən 2 kilometr şimalda, şəhərə yuxarıdan baxan bir təpə üzərində tikilmişdir. 

Tarixdə bu məscid başqa adlarla da tanınıb. Onlardan biri “Məscidül-Hurras”dır. Bu ad ona görə verilmişdir ki, keçmişdə şəhərin təhlükəsizliyinə cavabdeh olan gözətçilər burada toplaşar və növbələrini dəyişərdilər. 

“Cin Məscidi” adı isə Peyğəmbərimizin (s.a.v.) həyatında baş verən maraqlı bir hadisə ilə bağlıdır. Rəvayətə görə, Peyğəmbərimiz burada Qurani-Kərim oxuyarkən bir qrup cin Onu dinləmiş, Qurandan təsirlənərək iman gətirmişdir. 

Başqa bir rəvayətə görə, Peyğəmbərimiz Abdullah ibn Məsudla birlikdə bu yerə gəlmiş, yerə bir xətt çəkmiş və ona bu xətti keçməməyi tapşırmışdır. Özü isə həmin xəttin dgər tərəfində cinlərə Qurani-Kərim oxumuşdur. 

Bu hadisədən sonra həmin yer “xətt yeri” kimi tanınmış, daha sonra isə burada inşa edilən məscid “Cin Məscidi” adını almışdır. Rəvayətlərə görə, burada yeddi cin Peyğəmbərə iman gətirmiş və Ona beyət etmişdir. 

Cin surəsinin nazil olmasına da səbəb olduğu bildirilən bu hadisənin xatirəsini yaşatmaq üçün sonralar bu məkanda məscid tikilmişdir. Bu gün Cin Məscidi Cənnətül-Muallâ ilə birlikdə Məkkədə ziyarət edilən mühüm dini məkanlardan biri hesab olunur. 

RAYƏ MƏSCİDİ

Məkkənin fəthi günü Həzrəti Peyğəmbərin İslam bayrağını dalğalandırdığı...

TƏNİM MƏSCİDİ (MƏDCİD-İ AİŞƏ)

Təkrar ümrə etmək istəyən zəvvarlar üçün ihrama girilən məkan Tənim Məscidi.Tənim...

MÜZDƏLİFƏ

Zəvvarların vəqfəyə durduqları, şeytan daşlamaq üçün daş topladıqları yerdir...

CİN MƏSCİDİ

Quran sədasından təsirlənərək bir qrup cin imana gəldi. Cin Məscidi Məkkə şəhərində,...