Müqəddəs ziyarət məkanlardan olan həcc ilə ümrə ibadəti arasındakı fərqlər nələrdir....
Hər il milyonlarla müsəlman bu iki müqəddəs ibadətdən birini yerinə yetirmək üçün Məkkəyə üz tutur. Bəs həcc ilə ümrə arasındakı fərq nədir? Gəlin birlikdə baxaq.
Həcc İslamın beş şərtindən biridir və imkanı olan hər bir müsəlmana fərzdir. Ümrə isə bir çox məzhəbə görə sünnətdir, yəni fərz deyil, amma böyük savabı olan bir ibadətdir.
Həcc ibadəti yalnız müəyyən bir zamanda (Zilhiccə ayında, Qurban bayramında) yetirnə yetirilir. Ümrə üçün isə müəyyən olunmuş bir vaxt yoxdur. Ərəfə və bayram günləri (təşriq təkbirlərinin gətirildiyi 5 gün) istisna olmaqla, ilin istənilən vaxtında ümrə etmək mümkündür.
Əməllər baxımından isə həcc daha geniş və əhatəlidir. Ərəfat və Müzdəlifədə vəqfəyə durmaq, Səfa ilə Mərvə arasında səy etmək, Minada şeytana daş atmaq, qurban kəsmək, saçları qısaltmaq və vida təvafı — bunların hamısı həccin vacib əməllərindəndir.
Ümrə isə daha sadə bir quruluşa malikdir: ihrama girib Kəbəni təvaf etmək, Səfa ilə Mərvə arasında səy etmək və saçları qısaldaraq ihramdan çıxmaq. Ərəfat və Müzdəlifə vəqfəsi, qurban kəsmək və şeytana daş atmaq kimi vəzifələr ümrədə yoxdur.
Məhz bu səbəbdən alimlər həccə "həcc-i əkbər" — böyük həcc, ümrəyə isə "həcc-i əsğər" — kiçik həcc adını vermişlər.
Digər
Bu bölmənin digər başlıqları
Copyright © 2023 Hilal | Tüm Hakları Saklıdır.