ÜMRƏYƏ GETMƏDƏN ƏVVƏL 5 ŞEYİ ÖYRƏN

Ümrəyə getməzdən əvvəl bu 5 şeyi bilsən, ziyarətin çox daha hüzurlu və mənalı keçəcək.

1. Səbrli və təmkinli ol. Ümrə zamanı böyük izdihamla qarşılaşmaq tamamilə normaldır. Bəzən hərəkət etmək çətin olacaq, bəzən isə planların istədiyin kimi alınmayacaq. Belə anlarda əsəbiləşmək əvəzinə sakit qalmağa çalış. Ola bilər ki, otel ürəyincə olmasın, yeməklər zövqünə uyğun gəlməsin və ya transferdə gecikmələr yaşansın. Amma bunları gözündə böyütmə unutma ki, orada cəmi bir neçə gün qalacaqsan. Kiçik narahatlıqlara həddindən artıq fikir verdikcə, bu müqəddəs səfərin mənəvi gözəlliyini lazımınca hiss edə bilməzsən. Çünki bu mübarək ziyarət insana yalnız ibadəti deyil, həm də səbirli olmağı, anlayış göstərməyi və təmkinini qorumağı öyrədir. Qəlbini nə qədər rahat və sakit saxlasan, ibadətinin mənəvi dadını da bir o qədər dərindən hiss edəcəksən.

2. Rahat ayaqqabı seç. Ümrə boyunca gün ərzində uzun məsafələr qət ediləcək. Təvaf edərkən, Səfa və Mərvə arasında gedib-gələrkən və ümumilikdə Məkkə ilə Mədinədə çox yürüməli olacaqsan. Buna görə ayaqqabının rahat olması çox vacibdir. Sərt və ya yeni ayaqqabılar ayaqda ağrı, yorğunluq və narahatlıq yarada bilər. Rahat və yumşaq ayaqqabı isə həm hərəkəti asanlaşdırır, həm də ibadət zamanı diqqətini daha rahat toplamağa kömək edir.

3. Mənəvi hüzurunu qoru. Məkkə və Mədinədə vaxtını mümkün qədər ibadətlə keçirməyə çalış. Bir həqiqəti də açıqca demək lazımdır ki, bir çox zəvvar alış-veriş mərkəzlərində saatlarla vaxt keçirirlər və bunun nəticəsində də mənəvi mühitdən uzaqlaşırlar. Halbuki imkan daxilində beş vaxt namazı Məscidül-Həramda və Məscidi-Nəbəvidə qılmaq, Hərəmdə ibadət, dua və zikirlə vaxt keçirmək qəlbinə çox fərqli bir hüzur verəcək.

4. Dua və zikri dilindən düşürmə. Orada keçirdiyin hər an çox dəyərlidir. İmkan daxilində zikri, istiğfarı və Peyğəmbərimizə ﷺ salavat gətirməyi dilindən əskik etmə. Özün, ailən, valideynlərin və sevdiklərin üçün səmimi dualar et. İnsan o müqəddəs məkanlarda özünü Allaha daha yaxın hiss edir və edilən dualar qəlbdə fərqli bir təsir buraxır.

5. Anı yaşamağa çalış. Hər anı telefonla çəkməyə çalışma. Bəzi hisslər var ki, onları sadəcə yaşamaq lazımdır. Kəbəni ilk gördüyün an, etdiyin dualar və qəlbində hiss etdiyin duyğular telefon ekranından çox daha dəyərlidir. Çünki bəzi anlar paylaşmaq üçün deyil, qəlbdə yaşatmaq üçündür.

ÜMRƏ İBADƏTİNİN ƏHƏMİYYƏTİ

“Həcc və ümrəni Allah üçün tam yerinə yetirin!” (Bəqərə 2/196)Ümrə ibadəti,...

ÜMRƏYƏ vəya HƏCCƏ GETMƏK? YOXSA O PULU KASIBLARA PAYLAMAQ?

İnsanlar həcc və ümrə ziyarətinə ibadət etmək, mənəvi rahatlıq tapmaq və Allaha...

HÜZURLU VƏ MƏNƏVİYYATLI BİR ÜMRƏ ÜÇÜN BUNLARA DİQQƏT ET!

Ümrəyə gedirsən, amma o hüzuru tam hiss edə bilmirsənsə bu tövsiyələr sənin...

TƏVAF ETMƏYİN FƏZİLƏTİ

Həcc və ya ümrə məqsədilə Məkkəyə gələnlər üçün ən fəzilətli nafilə ibadət...